Ukraynada yaşayan azərbaycanlı xanəndə dünyasını dəyişib.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev bildirib. Diaspor nümayəndəki qeyd edib ki, xanəndə Elbrus Məmmədov qəfildən keçinib:
“Ukrayna azərbaycanlılarının sevimlisi, gözəl insan, gözəl xanəndə Elbrus Məmmədov gözlənilmədən dünyasını dəyişdi. Çox təəssüf. Nə qədər həyatda varıq, həmişə qəlbimizdə yaşayacaqsan, gözəl insan. Allah rəhmət eləsin”. //Baku.ws