“Azercell” məhkəməyə verildibackend

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “ADY Ekspress” “Azercell Telekom” MMC (“Azercell”) ilə bağlı məhkəməyə müraciət edib.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, “ADY Ekspress” maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.Pravda.az