backend

Türkiyədə yaşayan müğənni Günel Zeynalovanın nişanlısı Cem Ozan Torunlardan ayrılmağı barədə xəbər yayılıb.  İddia olunur ki, sənətçi bir neçə ay bundan əvvəl münasibətlərinə son qoyub. Həmçinin, cütlük instaqramda bir-birilərini izləməkdən imtina edib. Amma Cem Günelin dostlarını və fan səhifələrini “follow” siyahısında saxlayıb. Elə Günelin özü də instaqramda status paylaşaraq qarşı tərəfi hörmətsizlik etməkdə günahlandırıb. 

Bundan əlavə, ötən ay Cemin səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib. Müğənni nişanlısını ziyarət etməyib, onunla bağlı heç bir post paylaşmayıb. O. Torunlu isə tez-tez xəstəxanadan şəkillər yayımlayaraq ailə üzvləri və dostlarına təşəkkür edib.

Cütlüyün təkcə bu ayrılığı şəxsi həyata yox, bizneslərinə də təsir edib. Belə ki, Günelin nişanlısı ilə birgə açdığı pizza restoranları şəbəkəsinin bağlanacağı barədə şayiələr yayılmağa başlayıb.

Bu söz-söhbətlərin yayılmağına səbəb isə məkanın rəsmi səhifələrində aprel ayından bu yana heç bir paylaşımların edilməməyi göstərilir. Həmçinin, Günelin restorana gəlmədiyi qeyd olunur.

Ailem.az-ın məlumatına görə, “Qafqazinfo” restoran şəbəkəsi ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib. Bildirilir ki, Günel Zeynalova yeni albom üzərində çalışır və iş qrafiki çətinləşib: “Əvvəl tez-tez gəlirdi, yeni albom üzərində çalışır. Bu aralar restoranda ola bilmir. İşlərini həll edəndən sonra gələcək”.

Maraqlıdır ki, restorandan Günelin nişanlısı Ozan Torunlar barədə heç bir məlumat vermək istəməyiblər. Onların iş sahəsində də ayrıldığı, biznesi Günelin öz əlinə aldığı istisna edilmir.

Xatırladaq ki, Günel münasibətləri ilə tez-tez gündəmə gəlib. Belə ki, o, hazırda həbsdə olan tanınmış iş adamı Rza Zərrabla, daha sonra İnanc Başəyməz adlı şəxslə nişanlanıb.