“Azəriqaz” sahibkarı əsassız yerə cərimələdi: Məhkəmə cəriməni ləğv etdibackend

Salyan rayonunda istixana sahibi “Azəriqaz” İstehsalat Birliyi tərəfindən böyük məbləğdə cərimə olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə Salyan rayonunun Qırxçıraq kənd sakini Nəcəfov Qoşunalı Qurban oğlu arasında məhkəmə çəkişməsi olub.

Məhkəmə sənədlərindən məlum olur ki, Nəcəfov Qoşunalı Qurban oğlu təbii qazdan istifadəyə görə 1 may 2019-cu il tarixə 6.582,40 manat məbləğində borcu yaranıb.

Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin tam ödənilməməsi olub.

“Azəriqaz” İstehsalat Birliyinin Salyan RQİİ-si tərəfindən 6.582,40 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəyib.

“Azəriqaz” rəhbərliyi Şirvan Kommersiya Məhkəsinə müraciət edib, yaranmış borcun ödnilməsini istəyib.

Qoşunalı Nəcəfov da “Azəriqaz”a qarşı iddia qaldırıb. O, iddia ərisənidə qeyd edib ki, Salyan rayonu, Qırxçıraq kəndində yerləşən ona məxsus istilikxanada tərəvəz məhsullarının istehsalı ilə məşğul olur və bunun üçündə qazdan istifadə edir.

Onun bildirditinə görə, 2019-cu il tarixdə “Azəriqaz” İstehsalat Birliyi Salyan RQİİ-nin əməkdaşları tərəfindən onun iştirakı olmadan akt tərtib ediblər və həmin akta əsasən ona 3.556 manat borc hesablanıb.

Cavabdehin işçiləri istixana mövsümü başladıqda müraciəti əsasında istixananın qaz təsərrüfatına baxış keçiriblər və heç bir kənarlaşma olmadığı üçün istixanaya qaz veriblər. Qaz idarəsinin işçiləri mütəmadi olaraq günün istənilən vaxtı və gecə saatlarında istixanasına baxış keçiriblər və istixanada sayğacla qazdan istifadə etdiyini, heç bir nöqsan olmadığını görüblər.

25 may 2019-cu il tarixdə “Azəriqaz”ın nümayəndələri istixananın yerləşdiyi əraziyə gəliblər və istixanada olan qaz işlədicilərinə və sayğaca onun iştirakı olmadan baxış keçirib, sonra akt yazıblar: “Həmin vaxtı kənddə olmamışam. Gələndən sonra onlara etiraz edərək sayğacın layihəyə uyğun quraşdırıldığını, layihəyə heç bir dəyişiklik edilmədiyini bildirsəm də, heç bir nəticəsi olmadı, barəmdə akt tərtib olunmuş və həmin akta əsasən 3.556 manat cərimə olundum”.

Sahibkar iddia edir ki, 25 may 2019-cu il tarixli akt əsassız tərtib olunub və bunun üçün də ləğv olunaraq həmin akt əsasında yazılmış borc silinməlidir.

Qeyd olunanların nəzərə alınaraq, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunub.

Şirvan Kommersiya Məhkəməsinin qətnaməsinə əsasən, sahibkarın iddiası təmin olunub, iddia ərizəsinə əsasən 3556 manat borc silinib.

“Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi apelyasiya şikayəti verib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə “Azəriqaz”ın nümyəndəsi tərəfindən verilən şikayət təmin olunmayıb.