“Azərişıq” Bakıda elektrik lampasını tərs montaj etdi, işıqlar yerə deyil, yuxarı hissəyə saçır – FOTObackend

“Azərişıq” ASC elektrik lampasını tərs montaj edib.

“Yeni Gundem” xəbər verir ki, bununla bağlı tanınmış vəkil Aqil Layic sosial şəbəkədə foto paylaşıb.

Hadisə metronun “İnşaatçılar” stansiyasının yaxınlığında qeydə alınıb.

Fotodan da göründüyü kimi, lampaların işıqları yerə deyil, yuxarı hissəyə saçır.

Lampanın tərs montaj edilməsi sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub.