“Azərişıq” yenidən cərimələndibackend

“Azərişıq” ASC-yə yenidən cərimə protokolu yazılıb.

“Yeni Gündəm”-in məlumatına görə, ASC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Solmaz Mustafayevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Daha əvvəl “Azərişıq” ASC-yə eyni xətaya görə cərimə protokolu yazılmışdı.Pravda.az