“Azərpoçt” bayram günü də işləyəcəkbackend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

“Yeni Gundem” xəbər verir ki, 8 mart tarixlərində qeyd edilən poçt şöbələri aşağıdakı rejimdə işləyəcək.

– Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00

–  2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00

– 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00

– 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00

– 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00

– Regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00

İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66, 108 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması – təmin ediləcək.