Babet qasırğası səbəbindən daşqın xəbərdarlığı edilibbackend

İngiltərədə təsirli olan “Babet” fırtınasının bəzi bölgələrdə şiddətli yağış və küləyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

“Yeni Gundem” xəbər verir ki, Britaniya Meteorologiya İnstitutunun (Met Office) verdiyi açıqlamasına görə, Babet fırtınasının səbəb ola biləcəyi güclü yağış və güclü külək səbəbiylə həyəcan səviyyəsi “qırmızı” səviyyəyə qaldırılıb.

Qırmızı həyəcan səviyyəsi Şotlandiyanın şərqindəki əraziləri əhatə edəcək və GMT vaxtı ilə 20:00-dan ertəsi gün günortaya qədər qüvvədə olacaq. Lakin ölkənin əksər rayonlarında yağış yağacağı gözlənilir.

Bu, 2020-ci ilin fevralında Dennis fırtınasından sonra Böyük Britaniyada güclü yağış üçün ilk qırmızı xəbərdarlıqdır.

“Qırmızı xəbərdarlıq” sel suları səbəbindən həyati təhlükənin olması, evlərdə və iş yerlərində genişmiqyaslı daşqınların ola biləcəyini bildirir.

Şotlandiya Ətraf Mühitin Mühafizəsi Agentliyinin (SEPA) rəsmisi David Morqan da qeyd edib ki, sözügedən fırtına Şotlandiyaya güclü yağış və güclü küləklər gətirəcək və həftə sonu boyunca cənub-qərbdən başlayaraq şimal-şərqə doğru hərəkət edəcək.

“Yerüstü sulardan və çaylardan təsirlər ola bilər və biz insanları mümkün daşqınlara hazır olmağa çağırırıq, çünki son güclü yağış və daşqınlar səbəbindən su hövzələri daşacaq” rəsmi deyib.

Mənbə: TrtHaber

Aynur Camal