Bağçada işləmək istəyənlərin nəzərinəbackend

Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərmək istəyən metodist və tərbiyəçi-müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi hazırlanıb.

Bu barədə Təhsil İnstitutundan bildirilib.

Pedaqogika, metodika və psixologiya üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə aşağıdakı keçidə daxil olmaqla tanış olmaq mümkündür.

Məktəbəqədər təhsil (metodist)

Məktəbəqədər təhsil (tərbiyəçi-müəllim)