Bağdadda pilotsuz təyyarə ilə sui-qəsdbackend

ABŞ Bağdadda Həşd əl-Şaabi komandirini vurub.

İraqın paytaxtı Bağdadda şiə milis qüvvələrinin komandirlərindən olan Əbu Baqir əs-Səadinin avtomobili pilotsuz təyyarə ilə vurulub. Bağdadın şərqində şiələrin məskunlaşdığı Meştel bölgəsində Həşdi Şabi komandiri Sədinin idarə etdiyi avtomobilin ABŞ pilotsuz uçuş aparatı tərəfindən vurulduğu və maşında olan 3 nəfərin öldüyü qeyd edilib. Mövzu ilə bağlı yüksək səviyyəli ABŞ rəsmisi hücumun ABŞ tərəfindən həyata keçirildiyini qeyd edib. Sosial mediada yayımlanan görüntülərdə hədəf alınan avtomobilin alov içində qaldığı görünsə də, təhlükəsizlik qüvvələri geniş təhlükəsizlik tədbirləri görüb. Hadisə yerinə toplaşan insanlar “Amerikaya yox” şüarları səsləndiriblər. Bildirilib ki, bir çox diplomatik iqamətgahların yerləşdiyi Yaşıl Zona nümayişçilərin ABŞ səfirliyinə hücum edəcəyi ilə bağlı narahatlıqlar səbəbindən bağlanıb.

ABŞ yanvarın 28-də İordaniyadakı ABŞ bazasına hücum nəticəsində 3 ABŞ əsgərinin ölümü ilə nəticələnən hücuma görə İranın dəstəklədiyi milislərin koalisiyası olan İraqdakı İslami Müqavimət Təşkilatını məsuliyyət daşıdığını və Kataib Hizbullah olduğunu bəyan edib.

Mənbə: hurriyyət.tr

Aynur Camal