Bakı-Alanya təyyarəsi eniş etdi – SƏBƏBbackend

“Buta Airways” aviaşirkətinin J2-9111 nömrəli Bakı-Alanya reysini yerinə yetirən hava gəmisinin kapitanı Antalya ehtiyat hava limanına eniş etmək qərarına gəlib.

“Buta Airways”dan verilən məlumata görə, buna səbəb yanan meşələrdən gələn güclü tüstü ilə əlaqədar görmə şəraitinin zəifləməsidir.