Bakı Dəmiryolu Vağzalında partlayıcının axtarışlarına itlər cəlb edilib – YENİLƏNİBbackend

Bakı. 21 dekabr. YENIGUNDEM.AZ/ Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib.

 

“Yenigundem” xəbər verir ki,Bu barədə APA-nın hadisə yerində olan əməkdaşına “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.

 

O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb.

 

Əlavə edək ki, vağzalda şübhəli əşyanın axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib.

***

12.58

Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub.

“Yenigundem”-nın məlumatına görə, vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

 

Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakı Dəmiryolu Vağzalında olan vətəndaşlar təxliyə edilib. Vağzalın ətrafı lentlə əhatəyə alınıb, içəri heç kim buraxılmır.