​​​​​​​”Bakı Metropoliteni”nin əməkdaşı iş başında vəfat etdibackend

“Bakı Metropoliteni” QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55 dəqiqədə “Elmlər Akademiyası” stansiyasında özünü pis hiss edib.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Məlumata görə, dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. TTY xidməti çatana qədər həmin şəxs dünyasını dəyişib.

“Bakı Metropoliteni” QSC-nin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.