“Bakı miqyasca yaşıl şəhər deyil” – Ekologiya naziribackend

“Ağacların kəsilməsi qəbulolunmazdır. Çünki Bakı miqyasca yaşıl şəhər deyil. Biz çalışırıq ki, yaşıllıqlar salınsın”. 

“Yeni Gundem” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda ağacların kəsilməsi məsələsindən danışarkən deyib. O bildirib ki, hansısa bir pozuntu, qeyri-düzgün icazə hesabına hər hansı obyekt tikilməsi də qəbuledilən deyil. Biz “Bakı” kinoteatrı ətrafında ağacların kəsilməsi məsələsini araşdıracağıq”.