Martın 1-də Bakı “İtaliya Dizayn Günü”nün 2-ci təqdimatına ev sahibliyi etdi. İtaliyanın Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən bu tədbir eyni gündə dünyanın 100-dən artıq şəhərində də qeyd edildi. Təqdimatda media və incəsənət nümayəndələri, ictimai fəallar və tələbələr, müxtəlif ölkə və səfirliklərin diplomatik nümayəndələri, eləcə də sahibkarlar iştirak etdilər, sərgini seyr edərək italyan şərab və mətbəxinin dadına baxdılar.
Qeyd edək ki, bu dəfə “İtaliya Dizay Günü”nün sərgi-təqdimatı Bakı Media Mərkəzində keçirildi.
Nərmin Şamilbəyli