Bakı-Paris xəttində gərginlik yarandıbackend

Azərbaycanla Fransa arasında münasibətlər son vaxtlar pisləşir. Nəhayət, Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi sanksiya qərarına cavab olaraq Azərbaycan Fransa şirkətlərinin ölkədən çıxarılmasını istəyib.

Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komissiyası Azərbaycanın Fransa ilə siyasi və iqtisadi əlaqələrini dayandırmağa, Fransa şirkətlərinin, o cümlədən “Total” neft şirkətinin ölkədən çıxarılmasına çağırıb. Sözügedən çağırış ötən gün Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi sanksiya qərarına cavab olaraq edilib. Komissiyanın dərc etdiyi bəyanatda, “Komissiya Fransaya qarşı sanksiyaların tətbiqinin vacib olduğuna inanır. “Total” da daxil olmaqla bütün Fransa şirkətləri Azərbaycandan çıxmalı və Fransa şirkətlərinin Azərbaycanın həyata keçirdiyi hər hansı layihədə iştirakına icazə verilməməlidir”.

Digər tərəfdən, enerji nəhəngi Total Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin rəhbər şəxsləri ötən ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Abşeron qaz yatağının açılışında iştirak ediblər.   Azərbaycan lideri İlham Əliyev son həftələrdə Fransanın Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırladığını iddia edib.

Fransa Avropa İttifaqında ən böyük erməni diasporuna ev sahibliyi edir.

Həmçinin dünən keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycanı Türkiyə sərhədində Naxçıvanla birləşdirməsi planlaşdırılan Zəngəzur dəhlizinin İrəvana da faydası olacaq.

Lavrov deyib ki, bütün marşrutlar açılsa, Ermənistan və Azərbaycan öz ərazilərində bu marşrutlar üzərində suverenlik və yurisdiksiyalarını qoruyub saxlayacaqlar. Zəngəzurun İrəvan üçün də faydalı olacağını deyən Lavrov məsələnin hələ də kağız üzərində qalması təəssüf doğurur.

Mənbə: hurriyyət.tr

Aynur Camal