Bakı sakini qonşusu tərəfindən 9 bıçaq zərbəsi ilə qətlə yetirilibbackend

 Bakıda orta yaşlı kişi 9 bıçaq zərbəsi ilə qətlə yetirilib.

“Yenigundem” xəbər verir ki, hadisə Yasamal rayonu, Xudu Muxtarlı küçəsində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğlu yaşadığı binanın həyətində avtomobilini saxlayarkən onunla qonşusu arasında mübahisə yaranıb. Mübahisə zamanı qonşusu ona 9 bıçaq zərbəsi vurub.

Ş. İsgəndərov ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

REPORT.AZ