Bakı-Şamaxı yolunda “CTC HOLDİQ” ağac əkdi – FOTObackend

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “CTC HOLDİNQ” Açıq Səhmdar Cəmiyyəti birgə təşkilatçılığı ilə Bakı-Şamaxı magistral avtomobil yolunda ağacəkmə aksiyası keçirilib.

Fonddan “Yeni Gundəm”-ə verilən məlumata görə, “CTC HOLDİNQ” Açıq Səhmdar Cəmiyyəti bu iməcliyin keçirilməsinə dair tədbirlər planına salınıb. Bu aksiya “Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil edilib.
“CTC- Holdinq”in əməkdaşları tərəfindən ağacəkmə aksiyasında 1000-dən artıq “badam”, “yolka” və “eldar şamı” ağacları əkilib. Əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib. Aksiyanın keçirilməsində fəaliyyətinin başlıca missiyası ölkənin tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərinin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi olan “CTC- Holding”in məqsədi ölkənin meşə ehtiyatlarının artırılması və ekoloji mühitin mühafizəsinə dəstək verməkdir. Xatırladaq ki, bu aksiya hər ay davam edəcək.