Bakı-Sumqayıt elektrik qatarlarının sayı azaldılıbbackend

Xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılmasını nəzərə alaraq, 7 iyul 2020-ci il tarixindən etibarən əlavə göstərişədək Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən aşağıdakı elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır:

“Azərbaycan Dəmir yolları” QSC-dən “Yeni Gündəm”-ə verilən məlumata görə, Bakıdan 07:38-də yola düşən 6003 Bakı-Xırdalan-Sumqayıt qatarı.

Bakıdan 16:50-də yola düşən 6013 Bakı-Xırdalan-Sumqayıt qatarı.

Bakıdan 18:45-də yola düşən 6617 Bakı-Pirşağı-Sumqayıt qatarı.

Bakıdan 20:25-də yola düşən 6027 Bakı-Xırdalan-Sumqayıt qatarı.

Sumqayıtdan 06:55-də yola düşən 6002 Sumqayıt-Xırdalan-Bakı qatarı.

Sumqayıtdan 08:35-də yola düşən 6010 Sumqayıt-Xırdalan-Bakı qatarı.

Sumqayıtdan 17:30-da yola düşən 6618 Sumqayıt-Pirşağı-Bakı qatarı.

Sumqayıtdan 19:28-də yola düşən 6026 Sumqayıt-Xırdalan-Bakı qatarı.

İyulun 7-də qüvvəyə minəcək cədvəlləri nəzərinizə çatdırırıq: