Bakıda 20 yaşlı qız itkin düşübbackend

Bakıda 20 yaşlı qız itkin düşüb.

“Yeni Gündəm”in verdiyi xəbərə görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Gəncə prospektində yaşayan, 2000-ci il təvəllüdlü F. Qəribova martın 18-də evdən çıxıb getmiş, bir daha geri qayıtmayıb.

Bu barədə onun atası polisə məlumat verib. F. Qəribovanın axtarışları davam etdirilir.