Bakıda barda kütləvi dava olub, bıçaqlananlar varbackend

Bakıda barda kütləvi dava olub.

“Yenigundem” xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, 8-ci kilometr qəsəbəsində yerləşən barda baş vermiş kütləvi dava zamanı 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğlu (sol qolunun kəsilmiş yarası), 30 yaşlı Əsədova Esmira Telman qızı ( təpə nahiyəsinin kəsilmiş yarası) və Mirzəyeva Türkan adlı qadın (hər iki qolunun kəsilmiş yarası) aldığı xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisənin baş verdiyi gecə klubuna cəlb edilib. İki nəfər şübhəli şəxs kimi saxlanılıb.