Bakıda bir marşrutda gediş haqqı endirildibackend
M8 ekspres xətti üzrə gediş haqqı tarifi 0,40 AZN-dən 0,35 AZN-ə dəyişdirilib.
Oxu.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli “Twitter” məlumat verib.
O bildirilib ki, vətəndaşların rahatlığı nəzərə alınaraq M8 ekspres xətti (Maştağa qəsəbəsi – “Gənclik” m/st) adi rejimə keçirilib:
“Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0,40 AZN-dən 0,35 AZN-ə dəyişdirilib”.