Bakıda çoxmərtəbəli binada yanğın olubbackend

Bu gün Bakı şəhərinin Nizami rayonunda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 4 m² olan plastik materialdan ibarət köşk yanıb.

“Yenigundem”in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaşayış binası yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.