Bakıda evlər bahalaşdı – VİDEObackend

Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında son üç ayda 1,68 faiz qiymət artımı müşahidə edilib.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri “ARB24″də yayımlanan “İşgüzar səhər”verilişində qonaq olan əmlak eksperti Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, qiymət artımı ötən ilin eyni dövrü ilə müqayisədə konservativ addımdır: “2021-c ildə qiymət artımı dava intensiv olub. Müxtəlif seqmentlər üzrə qiymət artımı fərqlidir. Ən intensiv qiymət artımı yeni tikililərdə 10,3 faiz müşahidə olunub. Torpaq bazarında da 14 faizə yaxın qiymət artımı olub”.