Bakıda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.
“Yeni Gündəm”in verdiyi xəbərə görə, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən qara metal qırıntılarının qəbulu məntəqəsində baş verib.
Orada fəhlə işləyən, 1977-ci il təvəllüdlü Zaur Səlimov metal qırıntılarının yükləndiyi “KamAZ” markalı avtomobilin altında qalaraq ölüb. Həmin zaman yük maşını 1973-cü il təvəllüdlü Eldar Nəcəfov tərəfindən idarə olunub.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.