Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Yenigundem” xəbər verir ki, NZS qəsəbəsindəki Aşıq Qurban küçəsi ilə evə gedən 1997-ci il təvəllüdlü Əliyev Sənan Zəfər oğlu yolda tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb.
Nəticədə o hər iki ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.