Bakıda gənc qız gözündən bıçaqlanıbbackend

Bakı. 22 dekabr. YENIGUNDEM.AZ/ Bakıda gənc qız bıçaq xəsarətləri alıb.

“Yenigundem” xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Üçüncü mikrorayon bazarının yaxınlığında yerləşən kafelərdən birində 1989-cu il təvəllüdlü Məhərrəmova Ramiyyə Nazim qızı döyülüb. O, həmçinin gözünün ətraflarından bıçaq xəsarətləri alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

REPORT.AZ