Bakıda ikimərtəbəli kotec yandıbackend

Bakıda ikimərtəbəli kotecdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli kotecin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Kotecin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.