Bakıda iş adamının qızına 100 min manatlıq evlilik təklif edildi? – VİDEObackend

Bakıdakı təmtəraqlı və qeyri-adi evlilik təklifi ilə bağlı videogörüntülər ictimaiyyətdə rezonans doğurub.

Paytaxtın məşhur hotellərindən birində baş tutan evlilik təklifi dəbdəbəsi ilə göz oxşayıb. Böyük hissəsi dronla çəkilən və video çəkilişləri fotoqraf-rejissor Cəlal Kəngərliyə məxsus olan kompozisiyaya 100 mindən çox pul xərcləndiyi iddia olunur.

“Yeni Gündəm” xəbər verir ki, videogörüntünün müəllifi Cəlal Kəngərli sözügedən gəncin adını açıqlamayıb, lakin bildirib ki, həmin şəxs Türkiyədə yaşayan biznesmendir:

“Həyatını sıfırdan quran bir insandır. Xanımı da sadə bir vətəndaşdır və azərbaycanlı iş adamının qızıdır”, – deyə rejissor əlavə edib.

Cəlal Kəngərli videoya 100 min manat xərclənməsi məsələsinə də münasibət bildirib. O deyib ki, evlilik təklifi ilə bağlı kompozisiyaya 40 min 800 manat pul xərclənib:

“100 min iddiası doğru deyil. O gənc yaxından tanıdığım biridir. Sadəcə xərcləri o qədər tutub, şirkət xərclərini əlavə etməmişik. Normalda adi müştəri üçün belə görüntüləri 50-60 min manata edirik”

BizimMedia