Bakıda kran aşan ərazidə 1 nəfər ölüb – SON DƏQİQƏbackend

Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

Hadisə nəticəsində maşınlardan birində olan uşaq da xəsarət alıb.