Bakıda külək yaşayış binasının pəncərəsini qopardı – FOTObackend

Bakıda güclü külək bir sıra fəsadlar törədib

“Yeni Gündəm”-in məlumatına görə, hazırda Bakının Nəriman Nərimanov rayonu İzzəddin Həsənoğlu 10  ünvanında külək binanın 10-cu mərtəbəsinin eyvanının pəncərəsini uçurub.

Qırılan pəncərə üçüncü mərtəbənin eyvanına düşüb.

Nəticədə üçüncü mərtəbədəki məznilin də eyvanına ziyan dəyib. Həmçinin, qırıntılar həyətdə dayanan iki maşına da ciddi ziyan vurub.