Bakıda quldurluq edən dəstənin üzvü saxlanılıb.
“Yenigundem” DİN-ə istinadən xəbər verir ki, yanvarın 6-da Nizami rayonu ərazisindəki mənzillərdən birinə aldatma yolu ilə girən şəxs ev sahibəsinin ağzını, əl və ayaqlarını yapışqanlı lentlə bağlayıb.
Oradan 800 manat və mobil telefonu quldurluq yolu ilə aparıb.
Həmin şəxsin quldur dəstənin üzvü Lənkəran rayon sakini N.Niftullayev olduğu müəyyən edilərək saxlanılıb.