Bakıda naməlum kişinin iki azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməsi ilə bağlı YENİ XƏBƏRbackend

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

“Yeni Gundem” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, araşdırmalarla məlum olub ki, həmin şəxs digər azyaşlıya qarşı da bu məzmunda hərəkətlər edib:

“Əlavə məlumat veriləcək”.