Bakıda poliklinikanı pozğunluq yuvasına çevirdilərbackend

Bakının Səbail rayon polisinə klinikalardan birinin mühafizəçisi barəsində şikayət daxil olub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib

8-ci Polis Bölməsinin ərazisində yerləşən tibb müəssisəsinin rəhbərliyi Sədrəddin adlı bir mühafizəçinin iş yerini pozğunluq yuvasına çevirdiyini və gecə oraya fahişələri gətirdiyini bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır. Şübhəli hələ tutulmayıb.