Bakıda qayınata ərinə xəyanət edən gəlinini başından güllələyərək öldürübbackend

Bakı. 12 dekabr. YENIGUNDEM.AZ/ Bakının Sabunçu rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.

“Yenigundəm” xəbər verir ki,Hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərin “Report”a verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü M.A. Xanağa qızı qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib.

Bunu bilən A.M-in qayınatası gəlinini qoşalülə tüfəngi ilə başından güllələyərək qətlə yetirib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.