Bakıda şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata münasibət bildirildibackend

Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəbdə şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata aydınlıq gətirilib.

Məktəbdən bildirilib ki, təhsil müəssisəsində şagirdlərin müəllimi döyməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumatlar əsassızdır.

“Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır” – məlumatda bildirilib.