Bakıda “Təmiz əllər” aparatları quraşdırılırbackend

Bakıda əlləri dezinfeksiya etmək üçün sanitayzerlər quraşdırılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən “Yeni Gündəm” ə bildirilib ki, “Təmiz əllər”ə şəhərin 3 yerində – Nizami küçəsində 2 ədəd və Xaqani bağında 1 ədəd rast gəlmək olar. Bu cür aparatların tezliklə bütün mərkəzi parklarda yerləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, yerli istehsal olan “Təmiz əllər” aparatları xüsusi dezinfeksiya məhlulu ilə təchiz olunub.