Bakıda yanğın – FHN məlumat yaydı – YENİLƏNDİbackend

Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində otluq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə “Yeni Gündəm”-ə FHN-dən məlumat verilib.

***

15:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində otluq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən “Yeni Gündəm”-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.