Bakıda yeni teleqüllə tikilir – Videobackend

Bakıda yeni teleqüllə tikilir.

“Yenigundem”min Xəzərxəbər-ə istinadən verdiyi məlumata görə, yeni alternativ teleqüllənin inşası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarına uyğun olaraq həyata keçirilir.

Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasovun sözlərinə görə, paytaxtın Nərimanov rayonunda inşa edilən teleqüllənin hündürlüyü 140 metr olacaq. Tikinti işlərinin 80 faizi yekunlaşıb.

Yeni teleqüllənin tikilməsində məqsəd profilaktika işləri zamanı televiziyaların efirində yaranan fasiləni aradan qaldırmaqdır.

Teleqüllə gələn il istifadəyə veriləcək.

Yenigundem.Az