Bakıda yük maşınlarının toqquşduğu qəzanın görüntüləri – VİDEObackend

Bakıda baş verən yol qəzasının görüntüləri yayılıb.

“Yeni Gündəm” xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi Yolda, Lökbatan dairəsi istiqamətində qeydə alınıb.

Belə ki, iki yük avtomobili toqquşub. Qəza zamanı avtomobillərdən biri aşıb. Nəticədə avtomobillərə və yolun kənarındakı təhlükəsizlik məqsədilə quraşdırılmış dəmir məhəccərlərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.