Bakıda yüksək gərginlikli elektrik xəttinin keçdiyi dirək aşıb, yanğın baş veribbackend

Binəqədi rayonunda yüksək gərginlikli elektrik xəttinin keçdiyi dirək aşıb.

Hadisə Birinci Mədən küçəsində qeydə alınıb.

Yüksək gərginlikli naqillərin yerə düşməsi nəticəsində quru otlaq sahəsində yanğın olub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.

APA