Bakının ən bahalı “UZİ” (USM) həkimləri – SİYAHI + QİYMƏTLƏRbackend

Pasiyentlərin “uzi” adlandırdığı, ən çox tələbat olan Ultrasəs müayinəsi radioloq həkimlər tərəfindən həyata keçirilir. USM bütün daxili orqanların patologiyasını vaxtında aşkar etmək üçün ən rahat müayinədir.

Mükəmməl USM həkimi olmaq illər tələb edir. Tanınmış və peşəkar USM həkimlərinin çoxu özəl klinikalarda yer alıb.

Müşahidələrimiz göstərir ki, USM qiymətləri son 1 ildə kəskin artıb.

İnsanlar bəzən ucuz və ya dövlət müəssisəsində olunan USM nəticələrinə etibar etmir və ya müalicə həkimləri xəstəni daha etibarlı yerə göndərir.

Çünki böyrəkdə daşı, qaraciyərdə şişi, ana bətnində uşaqda anomaliyanı görməyən həkimlər də az deyil.

2 il əvvələ kimi ən bahalı USM müayinəsinin qiyməti 50-60 manat idi.
Medicina.az Bakıda USM qiymətlərini araşdırıb.

Siyahıya liderlik edənlər tanınmış həkimlərdir.
1. Azər Fərəc – Həmişə olduğu kimi doppler müayinədə liderdir. Əslində Azər həkimi bu siyahıya salmaya da bilərdik. Çünki Azər Fərəc Azərbaycanın fetal müayinə üzrə əsas həkimidir, USM etmir, qəbuluna aylar öncədən yazılır. Azər doktor yalnız hamiləlik üzrə müayinələr edir.

Amma qiymət məsələsinə gəldikdə, birinci müayinə -190 manat,
16 həftəyə qədər müayinə 130 manat
İkinci müayinə ödənişsiz

2. Elçin Nəsibov – Tusi klinikasında USM mütəxəssisi

Qarın boşluğu – 90 manat
Qalxanvari vəz (zob) – 80 manat
Ginekoloji – 80 manat
Bütün orqanların USM təxninən – 250-260 manata başa gəlir.

3. İqor Sokolenko – Uzun illərin tanınmış USM mütəxəssisi.

Qarın boşluğu – 80 manat
Ginekoloji – 60 manat
Zob – 40 manat

4. Raksana Əliyeva – tanınmış USM, doppler mütəxəssisi

Abdominal USM – 80 manat
Ginekoloji – 80 manat
Zob – 40 manat
Süd vəzisi – 60 manat

5. Liv Bona Dea hospitalda yerli və xarici USM mütəxəssisləri

Qarın boşluğu – 80 manat
Ginekoloji – 80 manat
Qalxanvari vəz – 60 manat

6. Camal Əliyev – Hamiləlik üzrə ən tanınnış USM mütəxəsislərindən biri. Şəxsi mərkəzi var.

Ayrı-ayrı orqanlar üzrə 70 manat
Ginekoloji müayinə – 70 manat

7. Mərkəzi Klinikada bir neçə USM həkimi var

Abdominal -70-80 manat
Ayrı-ayrı orqanlar – 60 manat
Gecə növbəsində USM -130 manat.

8. Mediclub özəl klinikada

Qarın boşluğu – 68 manat
Ginekoloji -62 manat
Zob -50 manat

Bir çox iri özəl klinikalarda gecə USM xidməti olur və bu müayinə gündüzdən bahadır.

Beləliklə, bu həkimlərdə əgər bir neçə sahə və orqan üzrə və ya tam USM olunmaq istəsəz, minimum 250 manat lazımdır.