“Bakının qurtuluşu Azərbaycan və Türkiyənin tarixə dayanan qardaşlığını əks etdirən özəl bir gündür” – Ceyhun Bayramovbackend

“15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan və Türkiyənin tarixə dayanan qardaşlığını, birliyini, çətin gündə dəstəyini əks etdirən özəl bir gündür”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.

“Şəhidlərimizi dərin hörmətlə anırıq. Bir millət, iki dövlət”, – deyə nazir qeyd edib.