Balaca uşağın məsciddə gülümsədən anlarıbackend

Türkiyədə atası ilə məscidə gedən kiçik qızın məsciddə ora-bura qaçması və məscid camaatındakı digər insanların papaqları ilə oynaması insanların gülüşünə səbəb olub.

Məscidlər sülh və əmin-amanlığın tapıldığı, namaz və ibadətlərin edildiyi müqəddəs yerlərdir.

Bu mənəvi məkanlarda uşaqların sevinci, enerjisi insanların üzündə təbəssüm yaradır. Məscidlərə gətirdikləri uşaqlar buranın təkcə ibadətini deyil, həm də sevincin bir parçası olduğunu xatırladırlar.

Bu yaxınlarda Əskişəhərin Odunpazarı səmtindəki Eliqüzellər məscidində axşam namazı zamanı lentə alınan görüntü tamaşaçıları güldürüb.

Cib telefonu kamerası ilə çəkilən görüntülərdə kiçik qız atası ilə məscidə gəlir. Namazdan sonra dualar oxuyarkən əvvəlcə məscid camaatındakı insanların papaqlarını çıxarıb başındakı papaqlarla əvəz edir, sonra müəzzinin yerinə gedərək mikrofona danışır.

Kadrlarda məscid camaatının da kiçik qıza sevgi nümayiş etdirdiyi görünür.

Mənbə: İLKHA

Aynur Camal