Balakəndə 69 yaşlı kişi intihar edibbackend

Balakəndə 69 yaşlı kişi intihar edib.

“Yenigundem”in APA-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Talalar kəndində baş verib.

Kənd sakini, 1949-cu il təvəllüdlü Kamil Əhmədullah oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib.

69 yaşlı Kamil Məmmədovun intihar etməsi məlum olub.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.