Baltikyanı ölkələr hücum ehtimalına qarşı tədbir aldı! Rusiya “cəfəngiyyatdır” dedibackend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniya, İngiltərə və İsveç kimi ölkələrin Rusiyanın hücumuna qarşı hazırlıq tədbirləri görməsini “cəfəngiyyat” kimi qiymətləndirib.

Almaniya, İsveç və İngiltərə kimi ölkələrin öz xalqına Rusiya ilə müharibəyə hazırlaşmaq çağırışına Moskva cavab verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ukraynaya qarşı müharibədə qalib gələcəyi təqdirdə Baltikyanı ölkələrə hücum edəcəyi ilə bağlı iddiaları “absurd” adlandırıb.

Moskvada Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiçin də qatıldığı “dəyirmi masa” formatlı toplantıda açıqlamalar verən Rusiya naziri Lavrov ilk olaraq Qərb dövlətlərinin Ukraynaya yardımını hədəfləyib. “Qərb indiyədək 200 milyard dollardan çox vəsait ayırıb”, – Lavrov deyib.

Ukraynanın Qərbin verdiyi silahları başqa ölkələrə daşıdığını və ondan pul qazandığını iddia edən Lavrov, “Silahlar bütün dünyaya yayılır. Qərbin Ukrayna rəhbərliyinə verdiyi silahlar təkcə Orta bölgədəki münaqişə bölgələrində Şərqdə deyil, Finlandiya, İsveç, Danimarkada da “Hollandiya və Qəzza zolağında da təsbit edilib. Qərb buna məhəl qoymur.” deyib.

“Qərb ölkələrinin Rusiya Ukraynaya qarşı müharibədə qalib gələcəyi təqdirdə Baltikyanı ölkələrə hücum edəcək” açıqlamalarını dəyərləndirən Lavrov, ABŞ prezidenti Co Baydenin də oxşar bəyanatlar verdiyinə diqqət çəkib.

Sözügedən açıqlamaların “cəfəngiyyat” olduğunu vurğulayan Lavrov, “Ukraynada xüsusi hərbi əməliyyat çərçivəsində bəyan etdiyimiz tarixi və məqsədləri anlayan hər kəs bu cür açıqlamaların absurd olduğunu anlayır” deyib.

Ukrayna prezidenti Vladimir Zelenskinin “Sülh formulu” təşəbbüsünü dəyərləndirən Lavrov deyib ki, bu, “dalan sona gedən yoldur” və bu sənəddəki maddələr “cəfəngiyyatdır”.

Ukraynanın Belqorod vilayətində 65-i ukraynalı məhbus olmaqla 74 nəfərin olduğu Rusiya təyyarəsini vurmasına toxunan Lavrov hadisə ilə bağlı istintaqın davam etdiyini və təyyarənin vurulduğu silahın hansı ölkə ilə aparıldığını araşdırıldığını bildirib.

Mənbə: TGRT

Aynur Camal