“Bandotdel” Bakıda əməliyyat keçirdi – silahlı şəxs tutuldubackend

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində silahlı şəxs tutulub.

“Yeni Gündəm” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Xəlilovdan “AK-74” markalı avtomat, 1 ədəd patron darağı və 37 ədəd patron aşkar edilərək götürülüb.

S.Xəlilovun ətrafında əlavə araşdırmalar aparılır.