Uşaq bağçasında böyük qırğın! Parçalanmış cəsədlər tapıldı…
Soyqırımında sərhəd tanımayan İsrail, aclığın və xəstəliklərin baş verdiyi Qəzzada uşaq bağçasına sığınan dinc sakinləri qətlə yetirib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin insanları ac və susuz qoyduğu Qəzza zolağında baş verən bənzərsiz fəlakətdə insanların dünyanın gözü qarşısında ölməkdə davam etdiyini bildirib.
UNRWA-nın X sosial media hesabında edilən paylaşımda İsrailin hücumları və blokadası altında olan Qəzza zolağında gündən-günə dərinləşən aclıq və humanitar böhrana diqqət çəkilib.
“Qəzzada görünməmiş bir fəlakət gözümüzün qabağında baş verir”, – postda deyilir. Yazıda blokada altında olan Qəzzanın hər keçən saat “daha ümidsiz” olduğu vurğulanır və əlavə edilir: “İnsanlar dünyanın gözü qarşısında ölürlər”. ifadəsi işlədildi.
UNRWA iki gün əvvəl verdiyi açıqlamada, “16 donor ölkənin UNRWA-ya maliyyə dəstəyini dayandırma qərarından sonra Qəzzadakı 2 milyondan çox insanın böyük humanitar ehtiyacları dərinləşmə riski altındadır” deyib.
UNRWA-nın Baş Komissarı Filip Lazzarini də xəbərdarlıq edib ki, quruma maliyyə dəstəyi dayandırılmağa davam edərsə, bu ayın sonundan sonra onlar böyük ehtimalla təkcə Qəzzada deyil, bütün regionda işlərini dayandırmalı olacaqlar.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, İsrailin intensiv hücumu altında olan Qəzza zolağında 2,2 milyon insan aclıq təhlükəsi ilə üzləşib.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 mini uşaq və 8 min 190 qadın olmaqla 27 min 238 fələstinli həlak olub, 66 min 452 nəfər yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
İsrail ordusu gecə boyu Rəfah, Xan Yunis və Qəzza şəhərlərini ağır zərbələr endirib. Rəfah şəhərində insanların sığındığı uşaq bağçası da hədəfə alınıb. Bir gecədə ən azı 92 nəfər həyatını itirdi.
Qəzzə Səhiyyə Nazirliyi İsrail qüvvələrinin Qəzza zolağının şimalından geri çəkilməsindən sonra onlarla cəsədin Kemal Advan xəstəxanasına gəldiyini bildirib.
Bunu Səhiyyə Nazirliyinin baş direktoru Münir El Burş sosial media platformasında açıqlamasında deyib
Digər tərəfdən, Jerusalem Post qəzeti HƏMAS-ın Qəzzada İsrail əsgərlərinin geri çəkildiyi bölgələrə qayıtdığını yazıb.
Mənbə: Ahaber
Aynur Camal