Baş ağrısı ilə xəstəxanaya müraciət edən qadın həyatının şokunu yaşadıbackend

ABŞ-da baş ağrısı ilə xəstəxanaya müraciət edən qadın həyatının şokunu yaşadı: Son 30 ili xatırlamır

ABŞ-da şiddətli baş ağrısı və bulanıq görmə şikayətləri ilə xəstəxanaya müraciət edən 60 yaşlı Kim Denikola son 30 ili unudub. Qadın nə evləndiyini, nə də iki övladının olduğunu, kompüterlərin mövcudluğunu xatırlaya bilməyib.

Luiziana ştatında yaşayan 60 yaşlı Kim Denikola 2018-ci ilin oktyabrında 56 yaşında şiddətli baş ağrısı və bulanıq görmə şikayəti ilə xəstəxanaya getmişdi.

Xəstəxananın təcili yardım otağında gözlərini açanda ona bir tibb bacısı gəlib və ona gündəlik suallar verməyə başlayıb. Onun qəribə cavablarından şübhələnən feldşer soruşub: “Bu gün hansı gündür? Hansı il olduğunu xatırlaya bilərsinizmi?”.

“Bəli, 1980-ci il” Kim çox əminliklə deyib. Tibb bacısı bir anlıq dayanıb və qadından soruşdu ki, bəs bizim prezidentimiz kimdir?

Cavabında qadın 80-ci illərdə ABŞ-ın 40-cı prezidenti vəzifəsində çalışmış Ronald Reyqanın adını deyib. Onun beyini son 30 ilini itirib: Kim evli olduğunu və ya iki övladı olduğunu xatırlamayıb.

 Həkimlər geniş müayinələrdən sonra qadına Transient Global Amnesia (TGA) diaqnozu qoyublar, lakin bütün müayinələrə baxmayaraq, bu vəziyyətin səbəbini müəyyən etmək mümkün olmayıb.

Kompüterin varlığından xəbərsiz olduğunu və ABŞ prezidentinin bir neçə dəfə dəyişdiyini izah edən Kim, “Televiziyalar artıq ağıllıdır. Yadımda qalan televizor divarın qarşısında bir qutu idi və biz qalxıb dəyişməli olduq” deyib.

Həyatını dəyişən hadisədən 4 il keçməsinə baxmayaraq hələ də yaddaşı bərpa oluna bilməyən qadın köhnə xəbərləri və gündəlikləri oxuyaraq nələrisə xatırlamağa çalışdığını, lakin oxuduqlarının başqasının həyatı kimi hiss etdiyini deyir.

 Köhnə fotolara baxaraq həyat yoldaşı və uşaqları ilə xatirələrini canlandırmağa çalışan Kim, həyatının 30 ilini itirsə də, hər günün nə qədər dəyərli olduğunu bilərək həyatına davam edir.

Amneziya nədir? Amneziya “keçici, anterograd amneziyanın kəskin başlanğıcı” vəziyyətidir və adətən orta yaşlı və yaşlı insanları təsir edir, Milli Sağlamlıq Kitabxanasına görə ildə 5,2-10, 50 yaşdan yuxarı şəxslərdə isə 23,5-32/100,000-ə təsir edir. Bu, adətən “xüsusilə də gərgin fəaliyyətlər, yüksək stresli hadisələr və ya cinsi əlaqə zamanı” baş verir. Yaddaş vəziyyəti adətən müvəqqəti bir fenomendir və yenidən baş verə bilər, lakin ölüm çox nadirdir.

Mənbə: EnSonHaber

Aynur Camal