Baş həkimdən Rafael Dadaşovun səhhəti haqda açıqlamabackend

 

Mərkəzi Neftçilər Xəstəxanasının Baş həkimi Nadir Mehdiyev Xalq artisti Rafael Dadaşovun səhhəti barədə açıqlama verib. 

“Yeni Gundem” xəbər verir ki, o, “Səni axtarıram” proqramına telefonla bağlanaraq aktyorun son durumundan danışıb:

“Hazırda vəziyyəti stabildir. Rafael müəllim illər əvvəl bizdə ürəyindən əməliyyat olunub. İndi təngnəfəsliyi olub, xəstəxanaya gətirdilər. Tez müayinədən keçirdik. Aydın oldu ki, təngnəfəslik ürəklə bağlı deyil. Ağciyərlərində də xəstəlik var. Konsultasiya etmişik, özü ilə söhbət etmişik. Reanimasiyada deyil, intensiv terapiya palatasındadır. Vəziyyəti yaxşı olsa, palataya köçürəcəyik”.

Bundan əlavə, Nadir Mehdiyev Xalq artistinin qızı Səidə Dadaşovanın “xəstəxana pul istəyir” iddiasına da cavab verib: “Dünən zəng vurub dedilər ki, Rafael Dadaşov xəstəxanaya gətirilib. Söylədim ki, heç bir ödəniş alınmayacaq, pulsuz olacaq”.